Hava Limanı yolunda "hoqqa" verən sürücü: "Mənə ilişmirlər" - VİDEO

Qaydalar 16 İyul 2024 12:00 Oxunub 474
Hava Limanı yolunda "hoqqa" verən sürücü: "Mənə ilişmirlər" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Heydər Əliyev prospekti (Hava limanı istiqaməti) yolunda qaydaları kobud şəlkildə pozan sürücü özünü videoya çəkərək "Tiktok" hesabında paylaşıb.

Avtosfer.az xəbər verir ki, 99-RK-467 qeydiyyat nişanlı "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü manevr qaydalarını dəfələrlə pozub.

Həmçinin, o, bütov xəttin tələbini pozub, daha sonra isə təhlükəsizlik adacığının üzəriylə hərəkət edib.

Paylaşdığı videonun rəy bölməsində ona verilən "nə əcəb sənə ilişmirlər?" - sualına cavab olaraq "sağ olsunlar hörmət edirlər" deyə cavab verib.

Könül Rauf

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh