Banner

Hava limanı yolunda ruh kimi peyda olan piyada: Sürücü qorxu keçirdi - VİDEO

Qaydalar 26 Fevral 2025 10:48 Oxunub 5292
Hava limanı yolunda ruh kimi peyda olan piyada: Sürücü qorxu keçirdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yolu nəzərdə tutulmayan yerdən keçən piyada təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 25-də, paytaxtın hava limanı yolunda qeydə alınıb.

Belə ki, yolu digər istiqamətə keçmək istəyən piyada qəfildən sürətli yolda peyda olub. Görüntünü qeydə alan avtomobilin sürücüsü bildirir ki, həmin vaxt yolun ortasında piyadanı görməsi onu qorxuya salıb.

Qeyd edək ki, yolu bu formada keçmək həm piyadanın, həm də sürücülərin həyatı üçün təhlükəlidir. Sürətli yolda manevr və ötmə edən sürücü hər an piyadanı vura bilər. Eyni zamanda piyadanı vurmamaq üçün maneədən yayınan sürücü ğır qəzaya səbəb ola bilər.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh