Banner

Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO

Qaydalar 30 Oktyabr 2026 13:00
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Hava limanı yolunda sürücülərin diqqətsizliyi qəza şəraiti yaradıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 30-da saat 07:25 radələrində qeydə alınıb.

Kadrlardan görünür ki, sağ zolaqda hərəkətdə olan “KIA” markalı avtomobil qəfil dayanır. Bu zaman arxadan gələn “Hyundai” markalı avtomobil sürücüsü toqquşmadan yayınmaq üçün qəfil sol zolağa keçir. Lakin manevr zamanı həmin zolaqda hərəkətdə olan digər avtomobilin yolunu kəsərək qəza şəraiti yaradır.

Təhlükə ilə üzləşən sürücü səs siqnalı verərək qarşı tərəfi xəbərdar edir və toqquşmanın qarşısını almaq üçün sola manevr edir.

Qeyd edək ki, sürücülər hərəkət zamanı təhlükəsiz ara məsafəsini saxlamalı, zolaq dəyişərkən isə güzgülər vasitəsilə digər nəqliyyat vasitələrinin hərəkətini yoxlamalı və manevrin təhlükəsizliyinə əmin olmalıdırlar.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/228354.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar

 

 

Oxunub : 346
ŞƏRH YAZ
Ad

E-mail

Şərh