Hava limanına gedənlər "Dərnəgül"ə çıxanların yolunu kəsdi - VİDEO

Təəssüf ki, bir çox hallarda tıxaclara əsas səbəb elə sürücülərin özləri olur. Yolayrıcını keçə bilməyəcəyini bilsə də özünü ora "dürtüşdürən", tıxacda qalmamaq üçün qarşı yola çıxan, həmçinin 5 saniyə "qabağa düşəcək" deyə digər sürücülərlə süni sıxlıq yaradanlar az deyil.
Avtosfer.az-a göndərilən videoda da analoji vəziyyət yaşanır. Belə ki, Qara Qarayev prospekti ilə hərəkətdə olan sürücülər sağa hava limanı və şəhər, düz isə Ziya Bünyadov istiqamətinə hərəkət edirlər. Təbii ki, körpüyə çatmamış sürücü gedəcəyi yola uyğun zolaq seçməlidir. Hava limanı istiqamətində tıxac, Ziya Bünyadova isə yol açıqdır. Lakin ikincilər də tıxacda gözləmək məcburiyyətində qalıb. Çünki bəzi "ağıllı" sürücülər "qabağa düşmək" üçün onların zolağına girib və sağa dönmə etmək istəyir. Təbii ki, yol bağlı olduğu üçün sadəcə zolağı zəbt edərək gözləyirlər.
Təəssüf ki, bu cür hallarda sürücülərin naşılığı, yaxud yalnız özünü düşünməsi uzun tıxaclarla nəticələnir. Videonu təqdim edirik. Ümid edirik ki, buna baxan bəzi "ağıllı" sürücülər nəticə çıxaracaq.
Fərid
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










