Həddindən artıq kök insanlar avtomobil sürə bilərmi?

Xarici görünüşümüz bizim haqqımızda fikir formalaşdırır. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, xüsusilə, zövq məsələsində. Xarici görünüşümüz həm geyim, həm də qida zövqümüzü ələ verir. “Fast Food”un həyatımıza daxil olması ilə bərabər insanlarda həddindən artıq piylənmə özünü göstərməyə başladı. Əvvəllər 10 insandan sadəcə 3 nəfərdə artıq çəki müşahidə olunurdusa, hal-hazırda bu rəqəm iki qat artaraq hər 10 nəfərdən 6-nı təşkil edir.
Qonşu Türkiyədə kök insanların yuxu sindromundan əziyyət çəkməsi ilə bağlı sürücülük vəsiqəsinin alınmasına çərçivələr qoyulub. Həddindən artıq kök insanlar yoxlamadan keçməli, yuxu sindromunun olub-olmaması ilə bağlı həkimdən bildiriş almalıdır. Əgər yuxu sindromu varsa, həmin şəxsə sürücülük vəsiqəsi verilmir.
Bildiyiniz kimi, həddindən artıq kök olmaq hərəkətsizliyə səbəb olur, insan hərəkətsiz olduqda isə normadan artıq yatmaq istəyir. Beləliklə, artıq çəki yuxu sendromunu yaradır. Bu da bir çox insana, xüsusilə gününü yollarda keçirən sürücülərə təsir göstərir. Bu təhlükənin nə dərəcədə ciddi olması ilə bağlı həkim-terapevt Nahid Məhərrəmovdan bilgi aldıq: “Artıq çəki insanların adətən normal qidalanmaması səbəbidən yaranır. İnsanların çoxu konservant və ya “fast food” yeməklərindən istifadə edir. Biz bu yeməkləri istifadə etdiyimiz təqdirdə damarlarda xolestrolun artmasını müşahidə edə bilərik. Öd kisəsi, qaraciyər problemlərinin yaranmasına səbəb olur. Ürəkdə və qaraciyərdə piylənmə başlayır. Nəticədə ürək damarlarında tıxanma yaranır. Bu da gələcəkdə infarkta və insulta gətirib çıxara bilər. Bu cür hallardan qaçmaq üçün insanların səhər qidalanması önəmlidir. Günorta yeməyində səhər yediklərinin yarısını istifadə etsinlər, axşam isə nahar yeməyinin yarısını yesinlər. “Fast food” dan istifadəni kənara qoya bilməyən insanlar bu qidalardan əvvəl sulu yeməkdən istifadə etsin. Bundan əlavə bu cür insanlar sürətli yeriməlidir. Biz cəmiyyətlə maraqlanırıq. İnsanların hərəkətləri çox azdır. Hər bir qida qəbulundan 15-20 dəqiqə sonra hərəkət etmək daha xeyirli olardı.
Piylənmə birbaşa yorğunluğa gətirib çıxarır. Ürək fəaliyyətinin zəyifləməsinə səbəb olur. Əgər bir insanda ürək fəaliyyəti normal şəraitdə çalışmırsa, ürəyin pompalama gücü zəyifdirsə, o orqanizm normal çalışa bilməz. Ürək ərtafında piylənmə hipoksiya xəstəliyini yaradır. Yəni oksigen azlığı yaranır. Bu zaman da toxumalar ac qalır. Ac qalan toxumalar normal hərəkət edə bilməz. Əgər toxumalar ac qalırsa, insan orqanizmi də aclığa meyilli olur. Bu zaman insan bədəni süstləşir, tənbəlləşir, insan özünü yorğun hiss edir. Beləliklə, insanda yuxu sindromu yaranır”.
Araşdırmamız göstərir ki, kök insanların sürücülük etməsi həqiqətən də təhlükəlidir. Bu mövzuda tədbirlərin görülməsi önəmlidir.
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edən sürücü 15 sutka HƏBS EDİLDİ - FOTO
Yükü yola tökülə biləcək halda daşıyıb sürücüləri təhlükəyə atdı - VİDEO
Əks yola çıxan sürücü qarşıdan gələnlərə qəza şəraiti yaratdı - VİDEO
Avtobus zolaqlarına daxil olan maşınlara nəzarət artmalıdır - DEPUTAT
Cərimə meydançasında maşının saxlanılmasına görə ödəniş məbləği niyə artırılıb? - EKSPERT












