Hər gün eyni vaxtda niyə saatlarla tıxacda gözləyirik? - VİDEO
Tıxaclara şəhərlərdə rast gəlmək artıq elə də qəribə deyil. Bəs tıxaclara səbəb nədir?
Hərəkət təşkilində səhvlərin olması və avtomobil sayının çoxluğu, bəzi sürücülərin qaydaları pozması, yanlış parklanma, ən əsası da taksi fəaliyyəti ilə məşğul olanların avtomobili harda gəldi saxlaması tıxacları yaradır.
İzləyicimizdən birinin göndərdiyi videoda 3-cü mikrorayon dairəsindən 20 yanvar istiqamətdəki yolda olan tıxac əks olunub. Bu yolda demək olar ki, hər gün müəyyən saatlarda eyni vəziyyəti müşahidə etmək olar. Videoda da izah olunduğu kimi bu tıxaca səbəb taksilərin əsas yolun 2 və 3 cü zolağını zəbt etməsidir.
Bu hal təkcə qeyd edilən yoldan başqa şəhərin müxtəlif küçə və prospktlərinə baş verir. Sürücülərin yolun hərəkətli hissəsində sərnişinləri mindirmək - düşürtmək məqsədiilə dayanması, xüsusilə Bakı-Sumqayıt istiqaamətində 20 yanvar və Bakı qəsəbələrinə gedən istiqamətdə “Koroğlu” metrostansiyası yaxınlığında “manatlıq taksilər” hərəkəti iflic edir.
Məhəbbət