Hər yerdə qayda pozan sürücülər polisi görən kimi qanuna ikiqat əməl edirlər - VİDEO

Qaydaları pozan bəzi sürücülər, əksər hallarda yol polislərinin fəaliyyətindən narazılıq edirlər. Onlar qayda pozuntularına haqq qazandırmaq üçün radarların, kameraların, stasionar postların və yollarda xidmət aparan polis əməkdaşlarının sayının çox olmasından şikayətlənirlər. Həmin sürücülər elə düşünürlər ki, polis və müşahidə kameralarının olmadığı yerlərdə istədiklərini edə bilərlər. Ancaq nəzarəti hiss etdikləri anda davranışlarını dəyişib, qaydalara ikiqat riayət etməyə başlayırlar.
Belə hallardan biri Beyləqan rayonu ərazisində qeydə alınıb. "Chevrolet" markalı, 99-PU-092 dövlət nömrə nişanlı avtomobilin sürücüsü bütöv xəttin tələbini pozaraq əks istiqamətdə ötmə əməliyyatı edib. Bundan sonra qarşıdan yol polisi əməkdaşı gəldiyini görən sürücü, yolda müəyyən olunmuş 90 km/saat sürətdən də aşağı hərəkət edərək intizamlı davranış nümayiş etdirməyə başlayıb.
Buradan bir daha sübut olunur ki, yol polisi əməkdaşlarının xidməti bir çox intizamsız sürücüləri qəzalardan, ölümdən xilas edir.
Fərid
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










