Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü

Qaydalar 13 Mart 2026 19:03
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhərinin Səbail rayonu, Bayraq Meydanı ərazisində avtoşluq edən şəxs saxlanılıb. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 2008-cı ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olan F.S. barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məlum olub ki, ay yarım sonra əsgər gedəcək 18 yaşlı F.S. "BMW" markalı avtomobili idarə etmək üçün Bayraq Meydanına yollanıb. O, ərazidə avtomobili idarə edərkən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə avtoxuliqanlıq edib.

F.S. məhkəmədə əməlindən peşman olduğunu bildirib və hərbi xidmətə gedəcəyini, yaşının nəzərə alınmasını xahiş edib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və nəqliyyat vasitələrini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 600 manat məbləğində cərimə olunub.

Oxunub : 326
ŞƏRH YAZ
Ad

E-mail

Şərh