Hərbi xidməti bitirib gələrkən qəzada ölən əsgərlərimizin görüntüləri - VİDEO

Ötən həftə hərbi xidmətini başa vurub evə qayıdarkən avtomobil qəzasına düşərək ölən əsgərlərin fotolarından ibarət video yayılıb. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda əsgərlərin ailəsi, dostları ilə və məzuniyyət günündə çəkdirdiyi fotolar yer alıb. Eyni zamanda, onların uşaqlıq şəkilləri də videoya yerləşdirilib.
Xatırladaq ki, iyulun 6-da, səhər saatlarında Bakı şəhərinin Ələt qəsəbəsi ərazisində – Bakı-Qazax magistralının kənarındakı “SOCAR” yanacaqdoldurma məntəqəsində dəhşətli yol qəzası baş verib. 99 AU 738 dövlət qeydiyyat nişanlı, “Daewoo” markalı minik avtomobili magistraldan yanacaqdoldurma məntəqəsinə daxil olmaq istəyərkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yanacaq doldurmaq üçün dayanmış “Shacman” markalı yük avtomobilinə çırpılıb. Bildirilir ki, hadisə vaxtı minik avtomobilinin sürəti təxminin 130-140 kilometr/saat olub.
Hadisə vaxtı “Daewoo”da olan 1992-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və qardaşı, 1991-ci il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Behbud oğlu ilə onların xalası oğlu 1995-ci ildə anadan olmuş Həsənov Həsən Bayraməli oğlu vəfat edib. Avtomobildə olan digər sərnişin, 1995-ci ildə anadan olmuş Qurbanov Nicat İsa oğlu isə ağır xəsarət alıb.
Qəzada ölən H.Həsənovla ağır yaralanmış N.Qurbanov hərbi xidməti başa vurub evə gəlirmiş. Belə ki, Hacızadə qardaşları xidməti başa vurmuş qohumlarını götürüb Bakıya gələrkən onun əsgər yoldaşı N. Qurbanovu da özləri ilə gətirmək qərarına gəliblər. Qəzada ölən və ağır yaralanan əsgərlər ali təhsilli olub.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












