Hərəkətdə olduğu zolaqdan birbaşa sağa keçib qəza şəraiti yaratdı - 77-YT-503 - VİDEO
Qaydalar
29 Aprel 2025 15:30
Oxunub 464

Paytaxtın Neftçilər prospektində (“Crescent Mall”un yaxınlığında) qayda pozan sürücü anbaan avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 28-də səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan 77-YT-503 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, hərəkətdə olan nəqliyyat vasitələrinə əhəmiyyət vermədən birbaşa ən sağ zolağa keçid edib və bu vaxt görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Xoşbəxtlikdən sürücü ehtiyatlı davranaraq avtomobili saxlayıb və baş verəcək qəzadan xilas olub.
Nərmin
ŞƏRH YAZ














