Həyat və ölüm arasında xətt - PİYADA KEÇİDİ - FOTO

Artıq uzun müddətdir ki, ölkəmizdə piyadaların “zebra” və yerüstü, yeraltı keçidlərdən istifadəsinin təşviqi istiqamətində müxtəlif tədbirlər keçirilir. Hətta qanunvericilikdə keçiddən keçməyən piyadalarla bağlı cərimə də var. Buna baxmayaraq ölkə vətəndaşları yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçərək həm özlərinin, həm də başqalarının həyatını təhlükəyə atmağa davam edir.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev də özünün sosial media hesabında paylaşım edib. Paylaşımda bildirilir:
“Həyatla ölüm arasında incə bir xətt dayanır.
Piyada keçidi – səni qoruyan hüquqi və real sipərdir.
Ondan kənara çıxmaq – özünü təhlükəyə atmaq deməkdir.
Qaydaya əməl et.
Yaşamaq üçün”.
Şöbə rəisinin paylaşdığı fotoda olduğu kimi, bu gün ölkəmizdə yol hərəkəti qaydalarını bilməyən, hətta bilsə də, tələsməsi səbəbilə, yaxud başqa bəhanələrdə magistral yollarda belə dəmir maneələrin, məhəccərlərin üstündən hoppanıb yolu qaçaraq keçənlər var. Belə qəza videoları ilə dəfələrlə rastlaşmışıq. Nəzərə almaq lazımdır ki, kiçik bir səhv həm sizin, həm də başqalarının həyatını dəyişə bilər.
Könül Rauf

Moped idarə edənlərin NƏZƏRİNƏ! - Yeni qaydalar qüvvəyə mindi
Sol zolağı zəbt edən sürücü aeroport yolunda gərginlik yaratdı - 77-SN-741 - VİDEO
Maşın alverçiləri parkinqi zəbt etdi; yol polisi hamısını cərimələdi - VİDEO
Şamaxı yolunda ölümə gedən sürücü iki dəfə qəza təhlükəsi yaratdı - FOTO - VİDEO
Sumqayıtda "BakuBus" avtobusu kobud qayda pozdu - ANBAAN VİDEO
Sumqayıtda təhlükəli manevr edən avtobusun sürücüsü CƏZALANDIRILDI - VİDEO
Məsuliyyətsiz sürücü parkinqdə 3 maşının yerini zəbt etdi - 77-SB-339 - VİDEO
Sumqayıtda avtobus sürücüsünün təhlükəli manevr etməsinin səbəbi AÇIQLANDI - VİDEO
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO










