Heyvanın səbəb olduğu qəzalarda məsuliyyəti kim daşıyır? – Qanun belə deyir – VİDEO

Yollarda nəzarətsiz qalan ev və ya təsərrüfat heyvanlarının səbəb olduğu yol-nəqliyyat hadisələrinə zaman-zaman rast gəlinir. Belə qəzalar zamanı həm sürücülər, həm də heyvan sahibləri arasında məsuliyyət məsələsi müzakirə mövzusuna çevrilir.
Bəs belə hallarda qanun qarşısında məsuliyyəti kim daşıyır?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı vəkil Bəhruz Orucov bildirib ki, qanunvericiliyə əsasən, heyvan sahibi heyvan üzərində nəzarəti təmin etmək öhdəliyi daşıyır və heyvanın qaçması və ya nəzarətdən çıxması onu avtomatik olaraq məsuliyyətdən azad etmir:
“Belə hadisələr zamanı hüquq-mühafizə orqanları qəzanın başvermə şəraitini hərtərəfli araşdırmalı, bütün sübutları toplamalı və tərəflərin təqsir dərəcəsini müəyyən etməlidirlər. Heyvanın qəfil yola çıxması baş vermiş yol-nəqliyyat hadisəsində məsuliyyət məsələsini avtomatik həll etmir. Polis hadisənin bütün hallarını araşdırmalı, qəzanın hansı şəraitdə baş verdiyini müəyyən etməli və tərəflərin hərəkətlərinə hüquqi qiymət verməlidir. Əgər heyvan sahibinin səhlənkarlığı nəticəsində qəza baş veribsə, zərərçəkmiş sürücü avtomobilinə dəymiş maddi ziyanın ödənilməsini mülki qaydada tələb edə bilər".
Vəkil vurğulayıb ki, hər bir yol-nəqliyyat hadisəsi konkret faktlar, sübutlar və ekspertiza rəyləri əsasında qiymətləndirilir:
"Sürücü mütləq günahkardır və ya heyvan sahibi həmişə günahkardır kimi ümumi yanaşmalar hüquqi baxımdan düzgün deyil. Hər bir hadisə fərdi qaydada araşdırılmalı və məsuliyyət yalnız toplanmış sübutlar əsasında müəyyən edilməlidir”.
Eltac Zülfüqaroğlu
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












