Hövsan yolunda "ara işləyən" sürücü cərimələndi - VİDEO
Hövsan yolunda manevr qaydasını kobud şəkildə pozan sürücü cərimələndi. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun Avtosfer.az-a açıqlamasına görə 90-UM-715 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü Xudaverdiyev Kamran Elman oğlu barəsində qanunamüvafiq qaydada tədbir görülüb. O, törətdiyi əmələ görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə olunub.
Xatırladaq ki, 90-UM-715 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü oktyabrın 28-də Hövsan yolunda sərt manevr edib. Ötmə və manevr qaydasını kobud şəkildə pozan sürücü maşınların arasından keçərək görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Həmçinin sol zolaqda yüksək sürətlə gedən avtomobilin qarşısına keçərək ona da təhlükəli vəziyyət yaradıb.
Təbriz