Hövsanda əks yola çıxan sürücü qarşıdan gələn maşına qorxulu anlar yaşatdı - VİDEO
Qaydalar
4 Sentyabr 2025 18:35
Oxunub 1742

Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 2-də saat 10:51 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 10-VG-054 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü önündəki avtobusu ötmək üçün əks istiqamətli yola çıxıb. Bu
vaxt o, qarşı tərəfdən gələn maşına qəza şəraiti yaradıb. Görüntünü qeydə alan sürücü təhlükəni vaxtında görərək sağa manevr edib və baş verəcək qəzanın qarşısını alıb.
Nərmin
ŞƏRH YAZ














