Hövsanda “Tofaş”la drift edən sürücü - 77-ND-119 - VİDEO

Qaydalar 17 Oktyabr 2024 18:00 Oxunub 202
Hövsanda “Tofaş”la drift edən sürücü - 77-ND-119   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Suraxanı rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, görüntü bir müddət əvvəl axşam saatlarənda rayonun Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-ND-119 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobilin sürücüsü yolda sərt manevrlər edib. Yolun boş olmasından sui-istifadə edən sürücü əl əyləcini çəkərək avtomobili fırladıb. Bu zaman o, özüylə yanaşı avtomobildə olan sərnişinləri də təhlükəyə atıb.

Qeyd edək ki, sürücünün törətdiyi bu xəta İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiylə nizamlana bilər.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh