Hüquqsuz avtomobil idarə edən şəxs 20 GÜN HƏBS EDİLDİ - VİDEO

Şirvan şəhərində sürücülük hüququ olmadan avtomobil idarə edən şəxsin narkotik maddə istifadəçisi olduğu müəyyən edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılan “Hyundai” markalı avtomobilin sürücüsü Tahir Abdullayevin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi aşkarlanıb.
Yoxlama zamanı davranışları şübhə doğuran sürücü tibbi müayinəyə cəlb edilib. Müayinənin nəticələrinə əsasən, onun narkotik maddə qəbul etdiyi təsdiqlənib.
Tahir Abdullayev barəsində inzibati protokol tərtib olunaraq iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətinə inzibati qaydada həbs edilib.
BDYPİ bir daha sürücülərə müraciət edərək narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşməyin insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığını vurğulayıb və bu cür hallara qarşı daha sərt tədbirlərin davam etdiriləcəyini bildirib.
Taksi duracağını parkinqə çevirdilər – Sürücü yer tapa bilmədi - VİDEO
Sumqayıtın bu küçəsindən sola və geriyə dönməyə qanun icazə verir – EKSPERT - VİDEO
Xırdalanda motosikletlə “şou” göstərən qadın sürücü – 99-A-721 - VİDEO
Xanım sürücü yol qaydalarını heçə sayaraq GÖRÜNTÜLƏRİ PAYLAŞDI - VİDEO
Balaxanı yolundakı tıxacda bəzi sürücülər əks yola çıxıb təhlükə yaratdı - VİDEO
Əks yolla gələn “BYD” sürücüsü son anda zolağına qayıtdı - VİDEO
Bir avtomobilin səhv parklanmasına görə digər sürücülər əziyyət çəkdi - VİDEO
Taksi duracağı zəbt olundu, maşınını tam park edə bilməyən sürücü şikayətləndi - VİDEO
Mühafizə olunan duracaqlarda sürücülər nə qədər ödəyəcək? – YENİ QAYDA
Xırdalanda sürücü çəkdiyi siqaretin kötüyünü yola atdı - 90-PQ-874 - VİDEO
Avtomobili yaxınlarına vermək üçün etibarnamə ləğv edilə bilər? – TƏKLİF – VİDEO











