Vəsiqəsiz maşın sürən şəxs narkoman çıxdı - FOTO

Xırdalan-Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, sənədlərin yoxlanılması zamanı avtomobili idarə edən Elşən Məmmədovun sürücülük hüququnun olmaması aşkarlanıb.
Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan E.Məmmədov məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

"Tofaş"la avtoxuliqanlıq edib video paylaşdı; həbs edildi - VİDEO
Sağa-sola dönməyin qaydasını bilməyən sürücü qəza şəraiti yaratdı - VİDEO
Sıxlıqda özünə yer tapa bilməyən sürücü avtomobilləri sıxışdırıb təhlükə yaratdı - VİDEO
Toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edildi - FOTO - VİDEO
Sumqayıtda qadın sürücü maşınların önünə çıxıb təhlükə yaratdı - VİDEO
Rolik sürən qız velosiped zolağını qoyub avtomobillərin hərəkətinə mane oldu - VİDEO
Maşını ikinci cərgədə saxlayan sürücü “iki dəqiqəyə qayıdacam” deyib yoxa çıxdı - FOTO
Sərxoş velosipedçi cərimələnə bilərmi? - DÜNYA TƏCRÜBƏSİ - FOTO
Şəbnəm Tovuzlunun qızı bu görüntülərə görə CƏZALANDIRILDI - VİDEO
Maşını alan sürücü əvvəlki sahibinin başına oyun açır: Nömrəni başqa avtomobillərə vurub... - FOTO
Sürücülər cərimə barədə məlumatı necə almalıdır? - Diqqətli olun, vəsiqəsiz qala bilərsiz!








