İçdiyi energetik içkinin qabını maşında saxlaya bilməyən sürücü yerə atdı - VİDEO
Qaydalar
21 İyul 2025 11:09
Oxunub 2204

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə "AAAF Park" yaşayış kompleksinin həyətində qeydə alınıb. Belə ki, 90-GM-021 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü içdiyi energetik içkinin qabını yerə atıb. O, sərnişin tərəfin pəncərəsini aşağı endirib birbaşa zibil qutularına atmağa çalışsa da, yerə düşüb.
Bu cür hadisələrin baş verməməsi üçün yığılmış zibilləri avtomobildən düşüb piyada gedən zaman atmaq lazımdır.
Sözügedən videonu təqdim edirik.
Fərid
ŞƏRH YAZ














