Avtosfer.az | Reklam
İçi dolu sərnişinlə "protiv" gedən avtobus sürücüləri cərimələndi - VİDEO
Qaydalar 23 İyun 2020 17:17 Oxunub 1106
İçi dolu sərnişinlə "protiv" gedən  avtobus sürücüləri cərimələndi - VİDEO

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan avtobus sürücüləri cərimələndi. Avtosfer.az xəbər verir ki, paytaxtın Dilarə Əliyeva küçəsində 99-JK-297, 99-JX-759 və 10-TH-405 qeydiyyat nişanlı marşrut avtobuslarının sürücüləri də 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətdə hərəkət ediblər.

Dərc olunan görüntülərə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları dərhal reaksiya verərək həmin sürücüləri aşkar ediblər. Törətdikləri xətalara görə hər sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat cərimə tərtib edilib.


Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh