İçi dolu sərnişinlə "protiv" gedən avtobus sürücüsünün qarşısını kəsdilər - FOTO

Qaydalar 23 Avqust 2024 11:00 Oxunub 456
İçi dolu sərnişinlə "protiv" gedən avtobus sürücüsünün qarşısını kəsdilər - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda avtobus sürücüsünün qayda pozuntusu sosial şəbəkədə qınaq obyekti olub. Avtosfer.az xəbər verir ki, hadisə avqustun 18-də, paytaxtın Şıxov yolunda baş verib. Belə ki, 120A saylı marşrut üzrə fəaliyyət göstərən 01-CF-658 qeydiyyat nişanlı avtobusun sürücüsü yolda tıxac olduğunu görərək qaydaları pozub. O, içi dolu sərnişinlə ayırıcı zolağın əks tərəfinə keçərək axına qarşı hərəkət edib. Görüntünü qeydə alan sürücü onun qarşısını kəsərək hərəkətini məhdudlaşdırıb.

Birtərəfli yolun əksi istiqamətinə hərəkət edən bu sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat məbləğində cərimə oluna bilər.

 

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh