İki yük avtomobilinin arasında qalan minik maşını görün nə hala qaldı - VİDEO
Yük avtomobillərinin iştirakı ilə baş verən qəzalar çox zaman ağır nəticələnir. Bunun səbəbi əksər hallarda minik avtomobillərinin və ya motosiklet sürücülərinin yük avtomobilinin “kor” nöqtəsində hərəkət etməsi olur.
Avtosfer.az bildirir ki, Amerikada sürücülər üçün sosial mesaj xarakterli bir video hazırlanıb. Belə ki, bu videoda yük avtomobili hətta 43 km/saat sürətlə hərəkət edən zaman belə toqquşma anının necə ağır nəticələnə biləcəyi aydın şəkildə göstərilir. İki yük avtomobilinin arasında qalan minik maşını demək olar ki, əzilib yoxa çıxır. Odur ki, yollarda yük avtomobillərinə diqqət etmək və ehtiyyatlı olmaq lazımdır.
Ölkəmizdə də, xüsəsən yay mövsümündə rayolara səyahət edən sürücülərə yollarda yük avtomobillərini ötmə əməliyyatı ilə keçməyə çalışan zaman diqqətli olmalarını tövsiyyə edirik.
Aysel