İki zolağın arası ilə hərəkət edən sürücüləri bu qədər cərimə gözləyir - VİDEO

Sürücülərin yollarda törətdiyi bir çox qayda pozuntuları var ki, bir başa qəzalara yol aça bilir. Qeyd edək ki, baş verən qəzaların böyük əksəriyyəti manevr, ötmə və sürət həddinin aşılmasına görə olur.
Avtosfer.az">Avtosfer.az-ın təqdim etdiyi videodakı 90-RM-259 qeydiyyat nişanlı avtomobilin sürücüsü nə ötmə, nə manevr, nə də yolun hərəkət hissəsində yerləşmə qaydasına əməl edir. Sürücünün hərəkətinə diqqət etsək 5 yaşlı uşağın kompyuter oyunu oynamasına bənzəycək. Avtomobillərin arasından keçərək üçüncü cərgə yaradan sürücü elə düşünür ki, gedəcəyi yerə tez çatır. Lakin bu, yalnız düşüncədə belədir. Reallıqda isə sübut olunub ki, sürücünün avtomobili bu cür idarə etməsi, təhlükə yaratmaqdan başqa bir şey deyil. İki zolağın arasına daxil olub yolda üç zolaq yaratmaqla sürücü həm sağındakı, həm də solundakı avtomobilləri sıxışdırır. Həmçinin iki zolaqlı yolda üçüncü zolağı yaratmış sürücü həm də sıxlığa səbəb olur.
Bu qayda pozuntusunun nə az, nə çox, düz 40 manat cəriməsi var. Lakin praktikada iki zolağın arası ilə gedən sürücülərə cərimə yazılmır. Təəssüf ki, nə sürücülər, nə də yol polisləri bunun fərqinə varmırlar.
Dövlət Yol Polisi İdarəsi kameralar vasitəsilə bu qayda pozuntularını törədən sürücüləri məsuliyyətə cəlb etsə, qəzaların və sıxlığın aradan qaldırılmasına qismən nail olmuş olar.
Təbriz
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO










