İki zolağın arasında girinc qalan sürücü sonda 100 manatlıq qayda pozdu - VİDEO

Paytaxtın Tbilisi prospektində qayda pozan sürücü avtobusun hərəkətinə əngəl törədib.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə noyabrın 27-də saat 10:05 radələrində qeydə alınıb. Hərəkətdə olan 10-ZS-162 dövlət nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobilin sürücüsü avtobus zolağına çıxıb. Belə ki, sıxlığa düşmək istəməyən sürücü digər nəqliyyat vasitələrindən fərqli olaraq sağa manevr edib avtobus zolağına keçid etməyə çalışsa da, avtobusu son anda görərək hərəkətini saxlayıb. İki zolağın ortasnda qalan “Hyundai” sürücüsü avtobusa yol vermək üçün yenidən zolağına manevr etməyə çalışıb. Lakin onun bu cəhdi uğursuzluqla nəticələnib. Sonda məcbur qalan sürücü avtobus zolağına keçərək hərəkətinə davam edib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.1-1 maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası
Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan
nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına keçid etmək qadağandır. Bu xətanı törədən sürücülər 2 bal və 100 manat cərimələnə bilərlər.
Nərmin
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO








