Banner

İki zolağın ortasından keçmək istəyən sürücü təhlükə yaratdı – Sonra görün nə oldu - VİDEO

Qaydalar 19 Noyabr 2025 15:11 Oxunub 994
İki zolağın ortasından keçmək istəyən sürücü təhlükə yaratdı – Sonra görün nə oldu   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında Heydər Eyvazov küçəsində qeydə alınıb. Kadrlardan görünür ki, 99-ZY-056 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq sağ zolaqdakı motosikletə məhəl qoymadan onun xəttinə daxil olub və qəza şəraiti yaradıb. Bu zaman iki nəqliyyat vasitəsinin arasından keçmək istəyən sürücüyə motosikletçi siqnal verərək iradını bildirib.

Ardınca tərəflər avtomobillərini yol kənarında saxlayıb və səmimi şəkildə söhbət ediblər. Motosikletçi gülümsəyərək onun qayda pozduğunu deyib. Sürücü isə “Düşündüm ki, sağa manevr edərsən, mən də aradan keçərəm” sözləri ilə cavab verib.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh