İki zolağın ortasıyla gedən sürücü maşınları sıxışdırıb təhlükə yaratdı - VİDEO

Paytaxtın Hava limanı yolunda qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 22-də, saat 07:17 radələrində qeydə alınıb.Kadrlardan açıq şəkildə görünür ki, 77-SG-183 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü manevr qaydasını kobud şəkildə pozub. Belə ki, o, əvvəl hərəkətdə olduğu zolaqdan sağa manevr edib və bir müddət iki zolağın ortası ilə hərəkətini davam etdirib.
Bu zaman sürücü həm sol, həm də sağ zolaqda hərəkət edən avtomobillərin istiqamətinə müdaxilə edərək onları sıxışdırıb və qəza təhlükəsi yaradıb. Daha sonra o, sağ zolaqdakı avtomobilin önünə keçərək hərəkətini davam etdirib.
Yol hərəkəti qaydalarına əsasən, sürücü manevr edərkən digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalı və təhlükəsizlik təmin edilməlidir. Bu tələbin pozulması həm qəza ehtimalını artırır, həm də inzibati məsuliyyət yaradır.
Nərmin
Şəhərin mərkəzində avtobusu öz “qayda”ları ilə sürüb yolu kəsdi - 77-JA-958 - VİDEO
Boş yerlərə sığmayan sürücü maşını yolun ortasında saxladı - VİDEO
Yol polisi telefondan istifadə edən sürücülərə qarşı reydlərə başladı - VİDEO
Prospektdə şirkətə məxsus reklam lövhəsi səkini zəbt edir – VƏTƏNDAŞ ŞİAKYƏTİ - FOTO
Qarlı yolda maşını bir neçə dəfə fırladıb “ölüm şou”su göstərdi - CƏZALANDIRILDI - VİDEO
Avtobusu yolayrıcında saxlayıb sərnişin düşürən sürücü hərəkəti əngəllədi - VİDEO
Həbsindən dərs çıxarmayan sürücü Gəncə küçələrində yenidən “hoqqa” verir - VİDEO
Xankəndidə avtoxuliqanlıq edən şəxs həbs edildi - 15 SUTKA - VİDEO
Sürücü məsafəni qısaltmaq üçün birtərəfli yolda "protiv" sürdü -90-CZ-990 - VİDEO
Bu sürücü nə etdiyini bilmir: Boş yeri qoyub yolun ortasında saxladı - VİDEO
Təhsil müəssisələri yaxınlığında səs-küy salmağa görə cərimə tətbiq edilməlidir? – Ekoloqdan AÇIQLAMA











