İl ərzində bu xətanı 6 dəfə törədənlərin sürücülük hüququ ləğv ediləcək – YENİLİK

Türkiyədə yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə yeni qaydalar qüvvəyə minib.
Avtosfer.az xəbər verir ki, qaydalar sürət həddinin aşılması, qırmızı işıqda yolayrıcını keçmə, təcili yardım avtomobillərinə yol verilməməsi və sükan arxasında mobil telefondan istifadə kimi hallara görə cəzaları xeyli sərtləşdirir. Davamlı qayda pozan sürücülərin isə vəsiqələri tamamilə ləğv ediləcək.
Yeni tələblərə əsasən, bir il ərzində sürət həddini 5 dəfə aşan sürücülər artıq yalnız cərimə ödəməklə kifayətlənməyəcək, onlar psixi vəziyyətlərinin qiymətləndirilməsi üçün psixiatra göndəriləcəklər. Rəsmilər bu addımın məqsədini “sürücülərdə impuls nəzarət pozuntularının erkən müəyyənləşdirilməsi və reabilitasiya prosesinin başlanması” kimi izah ediblər.
Qırmızı işığın dəfələrlə pozulmasına görə də cəzalar sərtləşdirilib. İl ərzində 6 dəfə qırmızı işıqda keçən sürücülərin sürücülük vəsiqələri tamamilə ləğv ediləcək. Məsul şəxslərin sözlərinə görə, bu qədər çox qayda pozuntusu sürücülərin qaydalara şüurlu və davamlı şəkildə məhəl qoymamasından xəbər verir və belə hallara qarşı daha sərt tədbirlər görüləcək.
Təcili yardım və yanğınsöndürən avtomobillərinə yol verməmək də ağır nəticələrə səbəb olacaq. Beş il ərzində 2 dəfə belə hərəkətə yol verən sürücülərin vəsiqələri ləğv ediləcək. Bu qayda xüsusilə şəhər daxilində “qəsdən etinasızlıq” göstərən sürücülərə şamil ediləcək.
Mobil telefondan istifadə edərək avtomobil idarə edənlərə qarşı cəzalar mərhələli şəkildə artırılıb. İlk dəfə qaydanı pozan sürücü 5000 TL (təxminən 290 manat), ikinci dəfə pozan 10.000 TL (təxminən 580 manat) cərimə ödəyəcək. Üçüncü dəfə eyni qaydanı pozan şəxsin sürücülük vəsiqəsi 30 gün müddətinə müsadirə ediləcək. Rəsmilər bu tədbirin diqqətin yayındırılması nəticəsində yaranan qəzalara qarşı mühüm rol oynayacağını bildirirlər.
Eyni zamanda məktəb və xəstəxanaların yaxınlığında sürət həddini aşmağa görə də daha sərt tədbirlər görüləcək. Bu ərazilərdə nəzarət fasiləsiz şəkildə mobil radar və kamera sistemləri ilə aparılacaq.
Yeni qaydaların məqsədi sürücülərin məsuliyyətini artırmaq, təhlükəsizlik qaydalarına əməl etməyi vərdişə çevirmək və ictimai təhlükəsizliyi təmin etməkdir.
Eltac Zülfüqaroğlu
Narkoman sürücü ikinci dəfə hallı tutuldu; Ekologiya postunda - FOTO
Qarlı yolda “Tofaş”la şou göstərən sürücü saxlanıldı; 2500 manat cərimələndi - VİDEO
Avtoxuliqanlıq edən sürücünün vəsiqəsi əlindən alındı, özü isə 15 sutka həbs olundu - VİDEO
Azyaşlı sürücüdən “riskli şou”: Daşla dolu “KamAZ”ın təkərlərini havaya qaldırdı - VİDEO
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
Prospektdə özbaşınalıq edən sürücü maşını sıxışdırıb “yaxşı edirəm” dedi - VİDEO
Şəhərin mərkəzində avtobusu öz “qayda”ları ilə sürüb yolu kəsdi - 77-JA-958 - VİDEO
Boş yerlərə sığmayan sürücü maşını yolun ortasında saxladı - VİDEO
Yol polisi telefondan istifadə edən sürücülərə qarşı reydlərə başladı - VİDEO
Prospektdə şirkətə məxsus reklam lövhəsi səkini zəbt edir – VƏTƏNDAŞ ŞİAKYƏTİ - FOTO
Qarlı yolda maşını bir neçə dəfə fırladıb “ölüm şou”su göstərdi - CƏZALANDIRILDI - VİDEO












