İşıqforu heçə sayaraq yolayrıcına istədiyi kimi daxil oldu - 99-VG-815 - VİDEO
Qaydalar
13 Avqust 2025 13:30
Oxunub 1146

Paytaxtın Atatürk prospektiylə Səttar Bəhlulzadə küçəsinin kəsişməsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 10-da səhər saatlarında qeydə alınıb. Belə ki, 99-VG-815 dövlət nömrə nişanlı “Hyundai Avante” markalı avtomobilin sürücüsü yolayrıcının keçilməsi qaydasını pozub. Kadrdan da göründüyü kimi, o, işıqfora və soldan gələn maşına əhəmiyyət vermədən yolayrıcına daxil olub və görüntünün qeydə alan sürücüyə təhlükə yaradıb.
Nərmin
ŞƏRH YAZ














