İslah olunmayan "avtoş" yenidən iş başında - "Qaziyəm" deyib nömrəsiz sürür - VİDEO

Bakıda yol hərəkəti qaydalarını pozan sürücü öz görüntüləri ilə yenidən gündəmi zəbt edib.
Avtosfer.az xəbər verir ki, 77-PL-320 qeydiyyat nişanlı "Khazar" markalı avtomobilin sürücüsü ön qeydiyyat nişanını çıxararaq bu dəfə şəhərin mərkəzində hərəkət etməyə başlayıb. O, Niyazi küçəsi, Neftçilər prospekti və digər küçələrdə qeydə aldığı videoları sosial şəbəkə hesabında paylaşıb.
Asqı sisteminə dəyişiklik edən sürücü avtomobilin arxasını aşağı, önünü isə yuxarı qaldıraraq görünüşünü dəyişib. Eyni zamanda işıq cihazlarına müdaxilə edərək normativ tələbləri pozub.
Bu sürücü ilə bağlı dəfələrlə inzibati məsuliyyət tədbirləri həyata keçirilsə də, o, intizamsızlığına davam edir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirildi ki, görüntülərlə bağlı araşdırma aparılır, nəticə barədə məlumat veriləcək.
Fərid
Zolağına sığmayan sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Sumqayıtda təhlükəli anlar: İşıqforu və piyadanı gözardı edib şütüdü - VİDEO
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO
Nakotikin təsiri altında traktor sürdü - Sürücülük hüququndan 2 illik məhrum edildi
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO











