İşləməyən svetofora görə sürücüyə cərimə yazıldı - Polis araşdırmaya başladı - VİDEO

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, Qax rayonu ərazisində işıqforun qadağanedici işığında hərəkət edən nəqliyyat vasitəsi ilə bağlı araşdırma aparılıb. Müəyyən olunub ki, qeyd olunan ərazidə hərəkətin tənzimlənməsində işıqforun digər yol keçidi qaydasına əməl edilməyib. Hal üzrə müvafiq tədbirlər görülüb.
***
Qax rayonunda qaydaları pozmadığını iddia edən sürücü yol polisi tərəfindən cərimələnib. Avtosfer.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. Belə ki, Firuzə Əhmədova adlı sürücü bildirir ki, dairəvi hərəkət təşkil edilmiş yolayrıcının qarşısında quraşdırılmış svetoforda nasazlıq olub. Qırmızı işığın işlək vəziyyətdə olmadığını görən sürücü, ümumi svetofor obyektində problemin olduğunu düşünərək hərəkətinə davam edib. Bu zaman ərazidə xidmət aparan 99-YP-121 qeydiyyat nişanlı YPX avtomobilinin ekipajı həmin sürücünü dayandıraraq barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə tətbiq edib.
Sürücü yazılmış cərimənin haqsız olduğunu bildirərək onun ləğv edilməsini xahiş edir.
Fərid
Bu yolda sürücülər sağdakı boş yeri bəyənməyib ikinci cərgədə dayanırlar - VİDEO
Sağa dönəcəyini öncədən bilən sürücünün məsuliyyətsiz davranışı təhlükəyə səbəb oldu - VİDEO
Bu yolda diqqətli olun; əyləci basmasanız, maşınınızı konserva bankasına çevirəcəklər – VİDEO
Dönmə işığına arxayın olan sürücü yolu kəsib qəza riski yaratdı - VİDEO
Qırmızıda yolayrıcına girib maşını piyadaların üstünə sürdü - 10-LT-044 - VİDEO
Kobud qayda pozan sürücü təzyiqlərdən sonra görün nə etdi - VİDEO
Piyadalar üçün nəzərdə tutulan cərimələr azdır – Aqil Rəhimov - VİDEO
Evakuatorla təhlükəli hərəkət edən sürücü: Sağdan ötüb piyadaya təhlükə yaratdı - VİDEO
İki maşınlıq yerə sığmayan sürücü ikinci cərgədə dayanıb yolu kəsdi - VİDEO
Avtoxuliqanlıq edən "BMW" sürücüsü həbs olunub - FOTO - VİDEO
Narkoman “Renault” sürücüsü ifşa olundu - FOTO








