İstifadəsi qadağandır, lakin quraşdırılır; 2000-2500 AZN-dək cəriməsi var - VİDEO

Sosial şəbəkələrdə və elan saytlarında bəzi satışı qadağan olunmuş avtomobil aksesuarları satılır. Onlardan biri də çoxsəsli avtomobil siqnalıdır.
Avtosfer.az-ın məlumatına görə, sürücülərə təklif olunan bu qurğuya kifayət qədər maraq da var.
Sürücülər qurğunu pult və ya avtomobilin salonuna yerləşdirilmiş panel vasitəsilə idarə edərək istədikləri səsi seçib, siqnal kimi istifadə edirlər.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru Toğrul Nəsirli bildirib ki, həmin qurğulardan istifadə edən sürücülər inzibati məsuliyyətə cəlb olunurlar.
Onun sözlərinə görə, yollarda bu səs siqnallarından istifadə edən sürücülər var. Lakin onlar həmin siqnal qurğularını müxtəlif üsullarla gizlətməyə çalışsalar da, dövlət yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq müsadirə olunur.
Qeyd edək ki, maşınlara quraşdırılan əcaib, yüksək səs siqnalları insanların istirahət hüququnu pozur, onların səhhətinə, psixoloji durumuna mənfi təsir göstərir. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən - fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Ətraflı videomaterialda.
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO








