İki “Mersedes” toqquşdu: 3 ölü, 4 yaralı - Bakı-Şamaxı yolunda

Bu gün saat 9:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində iki “Mersedes” markalı minik avtomobilinin toqquşması nəticəsində ölən 3 nəfərin və xəsarət alan 4 nəfərin adı məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə Şamaxı Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, Bakı sakini, 1971-ci il təvəllüdlü Cəbiyev Elman Hüseyn oğlu, onun 18 yaşlı qızı Nigar Hüseynova və Ağsu rayonu Kəndoba kənd sakini, 1976-cı il təvəllüdlü Soltiyev Teymur Bədirxan oğlu qəzada ölüb. Bakı sakini, 1973-cü il təvəllüdlü Hüseynova Gülnarə Yolçu qızı, Ağsu rayon sakinləri - 1966-cı il təvəllüdlü İbrahimov İlqar Fərhad oğlu, 1973-cü il təvəllüdlü Babayev Elşən Muradxan oğlu və 1978-ci il təvəllüdlü Babayev Cavid Əlibaba oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı MRX-na yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
***
10.13
Şamaxı rayonunda 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli avtomobil qəzası baş verib. Hadisə bu gün səhər saat 9:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. İki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfərin hadisə yerində öldüyü, 3 nəfərin ağır xəsarət alaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildiyi bildirilir. Hələlik ölənlərin və xəsarət alanların kimliyini müəyyən etmək mümkün olmayıb. Hazırda yol polisi əməkdaşları hadisə yerindədir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












