İlk svetoforun mahiyyəti bu idi – Kimliyindən asılı olmayaraq…

Bu gün beynəlxalq svetofor günüdür. Avtosfer.az-ın məlumatına görə, svetofor insanların yol hərəkətini tənzimləmək üçün kəşf etdiyi ən mükəmməl qurğu olaraq qalmaqdadır.
Tarixdə ilk svetoforun 10 dekabr 1868-ci ildə London şəhərində Britaniya parlementinin yanında istifadə edildiyi qeyd olunur. Onun ixtiraçısı Con Pik Nayt olub. Bu svetofor gündüz vaxtı oxların, gecə vaxtı isə qaz fənərinin buraxdığı qırmızı və yaşıl işığın köməyi ilə hərəkət növbəliliyini müəyyən edirdi, özü də əllə idarə olunurdu.
İlk elektriklə işləyən svetofor isə 5 avqust 1914-cü ildə ABŞ-da Klivlend şəhərində quraşdırılıb. Beynəlxalq svetofor günü də məhz bu tarixin şərəfinə hər il avqustun 5-də qeyd olunur. Klivlenddə qoyulan svetoforun da iki (qırmızı və yaşıl) işığı var idi. Üç işıqlı (qırmızı, sarı, yaşıl) svetoforlar isə 1920-ci ildə Dtroytda və Nyu-Yorkda tətbiq edilməyə başlanılıb. Daha sonra svetoforlar Avropada və dünyanın hər yerində geniş yayılıb.
Svetoforu ilk olaraq yol hərəkətini tənzimləyən texniki vasitə kimi xarakterizə edən patentlərdən biri ABŞ-da mühəndis Harret Morqana verilib. Svetofor üçün verilmiş patent şəhadətnaməsində yazılıb: "Qurğunun təyinatı avtomobildə əyləşənin şəxsiyyətindən asılı olmayan yolayrıcını keçmə növbəliliyi yaratmaqdır".
Hazırda svetoforların çoxlu sayda variantları və növləri var. Müasir yol hərəkətini svetoforsuz təsəvvür etmək mümkün deyil.
Ərşad Hüseynov,
hüquqşünas
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












