İntizamsız sürücülərə bəd xəbər: Buna görə cərimələnə bilərsiniz

Mədəniyyətsiz qonşudan şikayət olunduqda yol polisi parklama qaydasını pozan şəxsi cəzalandıra bilər. Əgər sürücü maşınını çoxmərtəbəli binanın həyətində düzgün park etməyibsə, məsuliyyətə cəlb oluna bilər. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov sputnik-ə bildirib. O qeyd edib ki, DYP-yə başqa sürücülərin maşınlarını düzgün park etməməsi səbəbindən, öz maşınını həyətinə sürə bilməyən şəxslərdən çoxsaylı şikayətlər daxil olur. Əsədovun sözlərinə görə, bu, parklama qaydasının pozulmasına dair inzibati hüquq pozuntusudur.
"Biz həyət yollarında hansı tədbirləri görməliyik ki, vətəndaşlar razı qalsınlar? Heç olmasa, maşını tərk edən sürücülər onun şüşəsinə öz telefon nömrələrini yapışdırsınlar ki, irəlidə hər hansı xoşagəlməz situasiya ilə rastlaşmasınlar" — polkovnik qeyd edib. BDYPİ rəsmisinin sözlərinə görə, əgər hadisə qapalı həyətlərdə baş verirsə, onda yol polisi ora müdaxilə edə bilmir: "Lakin avtomobil sahibi düşünülmüş şəkildə maşınların həyətdaxili yollarda ümumi istifadəsinə mane olursa, onları bağlayırsa, onda o, məsuliyyət daşıyır. Biz həmişə vətəndaşlara xidmət edirik. Lazım gələrsə, qanunu pozanı tapırıq və maşını başqa yerdə saxlamağı xahiş edirik. Bütün bu məsələlər qanunla tənzimlənir". Bununla belə, V. Əsədov yol polisinin işini çətinləşdirməməyi rica edir. Deyir ki, onsuz da, şəhər yollarında kifayət qədər qaydaları pozan sürücülər var. O, əhali arasında bu istiqamətdə anlaşılan bir dildə maarifləndirmə, izahat işlərinin aparılmasını tövsiyə edir. "Vətəndaşlar, avtomobil sahibləri piyadaları və digər sürücüləri də düşünməlidirlər. Əgər bu gün kimsə qaydaları pozursa, başqalarına mane olursa, bilməlidir ki, sabah da ona qarşı eyni addımı atacaqlar" — polis yetkinlisi vurğulayıb.
Bununla belə, avtomobil sahibləri bilməlidirlər ki, həyətlərdə keçidləri bağlamaqla onlar həm də fövqəladə situasiyalarda çıxılmaz vəziyyət yaradırlar. Misal üçün, təcili yardım, yaxud da yanğınsöndürmə briqadaları vaxtında hadisə yerinə çata bilmir.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












