İş adamının 17 yaşlı oğlunun məhkəməsi başladı - Şəhid qızını öldürüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi başlayıb. Hakim Novruz Kərimovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. R.Rəhimovun qanuni nümayəndəsi, atası Akif Rəhimov səhhəti ilə bağlı xarici ölkədə əməliyyat olunub. Buna görə də prosesdə iştirak edə bilməyib. R.Rəhimovun anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, o 2017-ci il dekabrın 4-də həbs edilib.
2000-ci ildə Yevlax rayonunda anadan olan R. Rəhimov qəza törətdiyi zaman Bakı Dövlət Universitetinin Beynəlxaq Münasibətlər və İqtisadiyyat fakültəsində təhsil alırmış. A.Rəhimova məhkəmədə iştirak etmədiyi üçün proses yanvarın 30-da davam etdiriləcək. Məhkəmədə bildirilib ki, R. Rəhimovun barəsində seçilən həbs-qətimkan tədbirinin müddəti fevralın 2-də başa çatır.
Hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. R. Rəhimov isə hadisə yerindən qaçıb. R.Rəhimov Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilir.
Nəqliyyat vasitəsinə sahiblik hüququ olan Əmrulla Şahbazov tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə sonuncu inzibati qaydada məsuliyyətə cəlb olunub.
Qəza zamanı vəfat edən, 3 uşaq anası olan K.Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Onu vuran 17 yaşlı gənc isə iş adamı, "Xırdalan Xəz" Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Akif Rəhimovun oğlu Rəhim Rəhimovdur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.
"Qafqazinfo"
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - VİDEO
Abşeronda REYD: Yol polisi bir gündə 122 motoxuliqanı SAXLADI - VİDEO
Xətaidə öz qanunları ilə hərəkət edən sürücü ard-arda qayda pozdu - VİDEO
Bu küçədəki səkini sürücülər parkinq kimi istifadə edir - VİDEO
Binəqədidə riskli manevrlər edən sürücü qoşa xətdən əks yola çıxdı - VİDEO
Hüquqsuz avtomobil idarə edən şəxs 20 GÜN HƏBS EDİLDİ - VİDEO
Avtomobili sıxışdırıb təhlükə yaratdı, ardınca əlini maşından çıxarıb… - VİDEO
Bahalı avtomobiliylə səkini zəbt edib piyadaları təhlükəyə atdı - VİDEO
"Vito" sürücüsü həbs edildi - VİDEO
Yolun ortasında qərar verə bilməyən sürücü dayanıb maneə yaratdı - VİDEO
Yol polisi Lənkəranda narkotik istifadə edən sürücüləri aşkarladı - FOTO










