İşıqforun yaşıl işığında qəfil dayanan sürücü qəza şəraiti yaratdı - VİDEO

Paytaxtın Babək prospektində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb.
Kadrlardan görünür ki, 77-UK-793 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığında qəfil dayanıb. Sürücü nizamlanan piyada keçidində gözləyən piyadaya yol vermək məqsədilə hərəkəti dayandırıb. Bu zaman arxadan gələn motosiklet sürücüsü gözlənilməz manevrlə üzləşərək qəza şəraiti ilə qarşılaşıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, nizamlanan piyada keçidində nəqliyyat vasitələri və piyadalar işıqforun tələblərinə əməl etməlidirlər. Piyadalar üçün qadağanedici siqnal yandığı halda sürücü onlara yol vermək üçün hərəkəti dayandırmalı deyil. Əksinə, nəqliyyat vasitələri üçün yaşıl işıq yandıqda sürücü hərəkəti davam etdirməli, qəfil və əsassız dayanma ilə digər hərəkət iştirakçılarına təhlükə yaratmamalıdır.
Bu cür hallarda qəfil dayanma arxadan gələn nəqliyyat vasitələri üçün gözlənilməz vəziyyət yaradır və yol-nəqliyyat hadisəsinin baş vermə riskini artırır.
Nərmin
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO












