İstiqamətverici nişanların olmaması sürücüləri çaşdırır - Bakıda - VİDEO

Yolda istiqamət göstərən nişanın olmaması nabələd sürücülər arasında çaşqınlığa səbəb olub. Söhbət paytaxtın Nərimanov rayonu, Xətai prospektindən gedir. Bu küçənin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən üzü Heydər Əliyev, Babək prospekti və Yusif Səfərov küçəsinə doğru olan ərazisində heç bir istiqamət göstərən nişan qoyulmayıb. Yolun ''28 may'' metrostansiyası istiqamətindən gələn hissəsində bir löhvə qoyulub. Amma nədənsə əks tərəfində, yəni Koroğlu Rəhimov küçəsindən gələrək şəhərə doğru hərəkət edən sürücülər üçün yalnız ''hava limanı'' yazılan kiçik löhvə qoyulub.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, sözügedən nişanların heç də lazım olan yerdə hamısı yoxdur. Ekspert bu nişanların olmamasının istiqamət seçməklə yanaşı başqa problemlərə də yol aça biləcəyini deyir.
Ekspert, şəhərdə bəzi yolların hərəkət sixemində dəyişiklik edildiyindən, yeni ticarət mərkəzi və böyük iaşə obyekləri tikildiyindən ildə bir dəfə həmin löhvələrin dəyişdirilməli olduğunu deyir. Buna məsul qurumlar isə Baş Dövlət Yol Polisi İdarəsi və ''Azəravtoyol'' ASC və Bakı Nəqliyyat Agentliyidir.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












