İmişlidə "ikitəkər şou” su göstərən “avtoş” sürücü - 19-BJ-073 - VİDEO

Qaydalar 27 İyun 2024 12:20 Oxunub 2782
İmişlidə "ikitəkər şou” su göstərən “avtoş”  sürücü - 19-BJ-073 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Avtoşluq” edən sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, görüntülər İmişli rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan 19-BJ-073 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü yolda təhlükəli manevrlər edib. Belə ki, “sağ-sol” edən sürücü maşını dəfərlərlə iki təkər üzərində qaldırır və təkərlərini aslaft örtüyünə sürtərək yolun səthində çoxsaylı təkər izləri buraxır. Eyni zamanda o, hərəkətdə olan digər nəqliyyat vasitəsinə qəza təhlükəsi yaradır. Bununla kifayətlənməyən sürücü avtomobili ön dövlət nömrə nişanlı olmadan idarə edir. 

Xatırladaq ki, sürücünün törətdiyi qayda pozuntusu avtoxuliqanlıqlıq göstəricilərinə əsaslandığı üçün İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiylə nizamlanır.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh