Beyləqanda dəfələrlə təkər qaldırıb hoqqa verən sürücü - 11-BF-405 - VİDEO
Qaydalar
6 Yanvar 2025 12:00
Oxunub 488
Beyləqanda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün görüntüləri sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, 11-BF-405 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edib. İmamverdili kəndi ərazisində lentə alınmış videoda sürücü anidən “sağ-sol” edərək maşının təkərini yer səthindən qaldırıb. Digər görüntüdə də sərt manevrlər edən sürücü özüylə yanaşı avtomobildə olan sərnişinləri də təhlükəyə atıb. Paylaşılan digər videoda isə o, dəfələrlə təhlükəli manevrlər edərək “şou” göstərib.
Qeyd edək ki, sürücünün törətdiyi qayda pozuntusu avtoxuliqanlıqlıq əməli sayıldığı üçün İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiylə nizamlana bilər.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR