İsmayıllıda narkotik çəkib qayda pozan "VAZ" və "Mercedes" sürücüləri saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü S.Seyidov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılıb.
Avtosfer.az xəbər verir ki, yoxlama zamanı onun sürücülük hüququnun olmadığı müəyyən edilib və narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından S.Seyidov müvafiq tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi məlum olub.

Həmçinin “Mercedes” markalı avtomobillə ötmə qaydasını pozduğuna görə bölmə əməkdaşları tərəfindən saxlanılmış digər sürücü Z.Mahmudovun da nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib.

Hər iki sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
Qadın sürücü motosikletin yolunu kəsib qəza şəraiti yaratdı - VİDEO
Toy kortejində qayda pozan sürücü motosikleti vurdu - VİDEO
Növbəsini gözləyən avtomobillərin qarşısına keçən sürücüdən hörmətsizlik - VİDEO












