"Kamaz"ın yük bortu "07"nin üstünə aşdı - Bakıda - FOTOLAR

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Həsənov Tural Alim oğlunun idarə etdiyi "Kamaz" markalı yük avtomobili hərəkətdə olarkən 90-NS-989 dövlət qeydiyyat nişanlı, "VAZ-2107" markalı avtomobil yük avtomobilinin qarşısında qəfil dönmə əməliyyatı ilə əyləc sistemindən istifadə edib. Nəticədə yük avtomobilinin yük bortu "VAZ 2107" markalı avtomobilin üstünə aşıb.
Hadisə zamanı "VAZ 2107" markalı avtomobildə olan 3 nəfər ağır bədən xəsarətləri alıb. Qəza ilə bağlı hadisənin baş verdiyi yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO






















