
Kameradan yayınmaq üçün avtobusun arxasında gizlənən "çoxbilmiş" sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaydalar
5 İyun 2025 18:00
Oxunub 3550

Bakı-Sumqayıt yolunda qayda pozan sürücü videoya çəkilib.
Avtosfer.az-ın məlumatına görə, hadisənin görüntüsü “Tik-Tok” sosial şəbəkəsində paylaşılıb. Belə ki, 10-VR-862 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobilin sürücüsü tıxacda gözləməmək üçün avtobus zolağına daxil olub. Eyni zamanda o, cərimədən yayınmaq üçün avtobusun arxasına keçərək maşını idarə edib və bu yolla kameradan gizlənib.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayından Avtosfer.az-a bildirilib ki, sözügedən sürücü barəsində qanunamüvafiq qaydada tədbir görülüb. O, İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsilə 2 bal və 100 manat məbləğində cərimələnib.
Nərmin
ŞƏRH YAZ