Kameranın olmamasından istifadə edib qayda pozan sürücülər CƏZALANDIRILDI - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli sorğumuza cavab olaraq bildirdi ki, görüntülərlə əlaqədar araşdırma aparılıb:
“Qayda pozan sürücülər müəyyənləşərək barələrində qanunamüvafiq tədbirlər həyata keçirilib”
***
Son dövrlərdə paytaxtın bir sıra küçə və prospektlərində yaranan tıxaclar sürücülərin qayda pozuntularının da artması ilə nəticələnir. Belə hallar daha çox Bakının mərkəzi ərazilərində müşahidə edilsə də şəhərətrafı rayonlarda da analoji faktlara təsadüf etmək mümkündür.
Avtosfer.az xəbər verir ki, paytaxtın Nizami rayonunda həftənin bazar günü olmasına baxmayaraq, qeyri-müəyyən səbəblərdən axşam saatlarında sıxlıq yaranıb.
Belə ki, rayonun Rüstəm Rüstəmov küçəsində başlayan tıxac Elşən Süleymanov küçəsi ilə kəsişmədə də özünü göstərib. Saytımızın sosial şəbəkə hesabına gələn şikayətdə bildirilir ki, “Baku Bus” MMC-yə məxsus 32 nömrəli avtobus Rüstəm Rüstəmov küçəsi ilə irəliləyərkən Elşən Süleymanov küçəsinə döngədə maneələrlə üzləşib. Fərdi avtomobillərin əks yola çıxması səbəbilə Elşən Süleymanov küçəsində sadəcə 1 zolaq Rüstəm Rüstəmov küçəsindən gələnlər üçün açıq buraxılıb. Bəlkə də 1-2 avtomobil həmin zolaqda hərəkət etməli olmasa, həmin hissə də zəbt edilərdi.
Üstəlik, avtobus sürücüsünün yol verilməsi üçün işarə etməsinə baxmayaraq, 10-KO-674 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilin sürücüsü qaydaları pozmasına rəğmən digər zolaqdan keçidin mümkünlüyünü göstərəcək əl-qol hərəkətləri də edib.

“Ford”un qayda pozuntusunu eyni ilə 99-AN-104 nömrəli “Changan” və 90-UA-230 qeydiyyat nişanlı “KIA” markalı avtomobillər də təkrarlayıb.
Bu azmış kimi, avtobus Elşən Süleymanov küçəsi ilə irəliləməyə çalışarkən kəsişmədə 77-QB-168 qeydiyyat nişanlı “Mercedes” və 77-GZ-229 nömrəli “Hyundai” markalı avtomobillər də avtobus irəlilədiyi istiqamətdə işıqforun yaşıl işığı yandığı halda, yol vermək əvəzinə əks yola çıxaraq qaydaları kobud şəkildə pozub. Üstəlik, avtobusun önündə dönmənin qadağan edildiyi yerdə 77-EV-592 dövlət qeydiyyat nişanlı “KIA” sürücüsü də tıxacdan yayına bilmək üçün Elşən Süleymanov küçəsində sola manevr edərək geriyə dönüb.

Videonu sosial şəbəkə hesabımıza göndərən şəxs deyib ki, həmin küçədə kamera olmadığı üçün məhz bu ərazidə sürücülər vaxtaşırı qaydaları istədikləri kimi pozur, qəza şəraiti belə yaradırlar.
Həmin görüntüləri sizə təqdim edirik:
Səfər
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO










