Kasko sığortalı maşın qəzaya düşüb, amma ödəniş edilmir - VİDEO

Lizinq yolu ilə aldığı avtomobillə qəza törədən şəxsə, kasko sığortası olduqu halda ödəniş edilmir. Halbuki, avtomobili alan zaman o, kasko sığortası üçün əlavə pul ödəyib. Dəfələrlə bankdaxili sığorta şirkətinə yaxınlaşan Elnur Qocayev onlardan ödənişi ala bilməyib. Sığorta şirkətinin əməkdaşları səbəb kimi isə maşının tamamilə yanmasını göstəriblər. Şikayətçinin sözlərinə görə, həmin avtomobil ikinci əl olsa da, bankda onun adına lizinq qeydiyyatına salınıb və kasko sığortası olub. Amma sığorta müqaviləsinin sürəti ona təqdim edilməyib.
Hüquqşünaslar isə bunun qanunuyğun olmadığını bildirir. Hüquqşünas Asif Abdullayev bildirir ki, avtomobil tamamilə yandığından ödənişdən imtina edilməsi absurddur. Qanunvericiliyə görə, kasko sığortası olan avtomobil qəza zamanı tam yararsız hala düşdükdə avtomobilin sahibinə, ya həmin avtomobilin dəyərinin tamamı ödənilməli, ya da eyni göstəricidə olan yeni avtomobil verilməlidir.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












