Keçiddə dayanmayan sürücü yolu keçən qadını ölümlə üz-üzə qoydu - VİDEO

Bakıda yol nişanına əhəmiyyət verməyən sürücü piyadanı ölümlə üz-üzə qoyub.
Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib. Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü keçidə yaxınlaşan zaman sürətini azaltmadan hərəkətinə davam edib. Bu zaman yolu keçən qadının üzərinə sürərək onun həyatına təhlükə yaradıb.
Bu cür hallarına baş verməməsi üçün sürücülər qanunvericiliyin tələblərinə əməl etməlidirlər. "Yol hərəkəti haqqında" qanunun 54-cü maddəsində qeyd olunub ki, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər. Çox təəssüf ki, videogörüntüdəki sürücü həmin qaydaya əməl etmədiyi üçün bu cür xoşagəlməz hadisə baş verib.
Xoşbəxtlikdən hər iki tərəf hadisədən zərər çəkmədən qurtula bilib. Lakin bu, faciə ilə də bitə bilərdi.
Könül Rauf
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










