Keçiddə piyadaların üstünə maşın sürən sürücü təhlükə yaratdı - 99-XP-318 - VİDEO

Qaydalar 9 May 2022 20:31 Oxunub 4052
Keçiddə piyadaların üstünə maşın sürən sürücü təhlükə yaratdı - 99-XP-318 -  VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda piyada keçidində piyadaların üstünə maşın sürən sürücü təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Yasamal rayonunda - Nəriman Nərimanov prospektində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan "Renaul" markalı, 99-XP-318 dövlət nömrə nişanlı avtomobilin sürücüsü kobud qaydasına yol verib. Digər zolaqlarda nəqliyyat vasitələrinin dayanıb piyadaya yol verdiyini görsə də maşını saxlamaq əvəzinə sürəti artıraraq onlara yol vermir. Bir qədər sonra isə məlum olur ki, həmin o tələsən sürücü qarşıda sıxlıqda dayanıb. Həmin nöqtəyə beş saniyə tez çatmaq 50 manat cəriməyə dəyməzdi...

Görüntüləri təqdim edirik:

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh