Keçiddə piyadaya yol verməyən sürücü – 99-CV-507 - VİDEO
Qaydalar
19 İyul 2022 09:03
Oxunub 1922
Bakıda piyada keçidində piyadaya yol verməyən sürücü kameraya düşüb. Hadisə Tbilisi prospektində baş verib. Avtosfer.az xəbər verir ki, keçiddə piyadanın olduğunu görən digər sürücülər dayanıb yol versə də, ən sağ zolaqla yüksək sürətlə hərəkət edən “Opel” markalı, 99-CV-507 dövlət nömrə nişanlı avtomobilin sürücüsü hərəkəti davam etdirib. Piyada dayanıb ona yol verdikdən sonra yoluna davam edib.
Bu xətaya görə sürücünü 50 manat cərimə gözləyir. Amma qaydalarda deyilir ki, belə situasiyalarda sürücü maşını digər nəqliyyat vasitələri ilə bərabər halda dayandırmalı, təhlükə və ya maneə olmadığına əmin olduqdan sonra hətəkəti davam etdirməlidir. Bu videodakı “Opel” sürücüsü isə gəldiyi sürətlə də keçiddə hərəkəti davam etdirir.
Emin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR