Piyadanın üstünə maşın sürən sürücü SAXLANILDI - VİDEO

“Ford” sürücüsü yol hərəkəti qaydasını pozduğuna görə cəzalandırılıb.
Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi videogörüntülərlə bağlı sorğumuza cavab verib.
Bildirilib ki, görüntülərlə bağlı araşdırma aparılıb. Araşdırma zamanı “Ford” markalı, 90-YE-523 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün 1 iyul 2026-cı ildə yol hərəkəti qaydasını pozduğu müəyyən edilib.
Sürücü törətdiyi qayda pozuntusuna uyğun olaraq inzibati məsuliyyətə cəlb edilib.
***
Paytaxtda sürücünün piyada keçidində qaydanı pozması və piyadanı təhlükə qarşısında qoyması kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı 90-YE-523 nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü piyada keçidinə yaxınlaşarkən dayanmayıb.
Əksinə, sürücü avtomobili yavaşlatmaq əvəzinə hərəkətini davam etdirərək qaz verib və piyada keçidindən keçib. Həmin vaxt keçiddən istifadə edən piyada az qala avtomobilin altında qalmaq təhlükəsi ilə üzləşib.
Xoşbəxtlikdən piyada son anda dayanaraq avtomobilin keçməsini gözləyib və mümkün toqquşmanın qarşısı alınıb.
Eltac Zülfüqaroğlu
Taksi çağıran sərnişin yer tapmadı – Duracağı zəbt etdilər - VİDEO
Ötmə qaydasını pozan sürücü təhlükə yaratdı, sonra "ara işlədi" - VİDEO
“Niva” sürücüsü qoşa xətdən sağa-sola keçib “hoqqa” verdi - VİDEO
Baş yoldakı maşını gözardı edən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Taksi duracağı şəxsi dayanacağa çevrildi – Sürücü yer tapa bilmədi - VİDEO
Yanaşı parklanan maşınlar yolu kəsib hərəkəti çətinləşdirirlər - FOTO
Yüksək sürətlə qırmızıda keçən sürücü piyadanı qorxuya saldı - VİDEO
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO












