Keçidi skuterlə keçən gənc maşının qarşısına qəfil çıxaraq təhlükə yaratdı - VİDEO

Bakıda piyada keçidini düzgün keçməyən gənc oğlan öz həyatını təhlükəyə atıb. Avtosfer.az xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb. Park tipli ayırıcı zolaqda skuterlə hərəkət edən gənc yolu digər tərəfə keçmək üçün piyada keçidinə yaxınlaşıb. Lakin skuterdən düşüb piyada keçmək əvəzinə, o, skuterlə qəfil hərəkət edərək gözlənilməz şəkildə keçidə daxil olub. Bu zaman sağ zolaqla hərəkət edən sürücü onu vurmamaq üçün manevr edib.
Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, velosiped və skuter sürücüləri yolu keçən zaman, mütləq şəkildə nəqliyyat vasitəsindən düşməli və keçidi piyada qismində keçməlidir. Bu, həm onun öz təhlükəsizliyi, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyi baxımından olduqca vacibdir.
Fərid
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı - VİDEO
Bu ərazidə avtobuslar taksilərin əlindən dayanacağa daxil ola bilmir - VİDEO
Maşını yolun ortasında park edib yoxa çıxan sürücünü DYP belə tapdı - FOTO
Qəsəbədə yük maşını hər gün piyada keçidini zəbt edir - 77-HN-425 - FOTO
Sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - ANBAAN VİDEO - YENİLƏNİB
Yolda bir-birinə sürtünən sürücülər qəza vəziyyəti yaratdı - VİDEO
Sürücü fəryad etdi: Elə bil yoncalıqda maşın sürürlər - VİDEO
Yola baxmadan manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Biləcəridə əks yola çıxan sürücü qarşıdan gələnləri riskə atdı - 10-ZT-837 - VİDEO
Qayda tanımayan sürücü digər avtomobili əks yola çıxarıb riskli anlar yaşatdı - VİDEO
Narkoman sürücü yük maşını ilə təhlükəli şou göstərdi - DYP görüntüləri yaydı - VİDEO











