Kənar maşınlar avtobus dayanacaqlarına girə bilməyəcək - VİDEO

Paytaxtın Qara Qarayev prospekti və Rüstəm Rüstəmov küçəsində də yeni avtobus cibləri yaradılıb. Avtobusların ciblərdən kənar yerdə saxlamasının qarşısını almaq, qrafikinin tənzimlənməsi və hərəkətinə nəzarət üçün həmin ərazilərə Bakı Nəqliyyat Agentliyinin mobil qrupları cəlb edilib.
Sərnişin avtobuslarının dayanacaq ciblərinə maneəsiz daxil olması üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılan parkomatlar ərazidən köçürüləcək. Əraziyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsilə də nəzarət gücləndirilib. Taksilərin və digər nəqliyyat vasitələrinin dayanacağa girişinə icazə verilmir. Marşrut xətlərinin sahibləri də əraziyə cəlb edilib.
Avtobuslarla yanaşı, ciblərə yaxın ərazilərdə taksi duracaq məntəqələri də təşkil ediləcək. Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində dayanan taksilərin həmin dayanacaqlarda xidmət göstərməsi təmin ediləcək. Həmin ciblərə eyni vaxtda bir neçə marşrut xətti üzrə avtobusların daxil olaraq sıxlıq yaratmamamsı üçün qrafiklər işlənib hazırlanır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












