Keşlədə çoxsaylı təkər izləri buraxıb “avtoşluq” edən sürücü - 77-GT-216 - VİDEO

Qaydalar 22 İyul 2024 14:44 Oxunub 606
Keşlədə çoxsaylı təkər izləri buraxıb “avtoşluq” edən  sürücü - 77-GT-216   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində kobud qayda pozan sürücünün görüntüləri sosial şəbəkədə paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, 77-GT-216 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü yaşayış zonasında təhlükəli manevrlər edib. Belə ki, o, dəfələrlə “sağ-sol” edərək təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarıb və təkər izləri buraxıb. Bu zaman sürücü hərəkətdə olan maşına təhlükə yaradıb. Digər görüntüdə isə o, yolun boş olmasından sui-istifadə edərək “drift şousu” göstərib.

Xatırladaq ki, sürücünün törətdiyi qayda pozuntusu avtoxuliqanlıqlıq göstəricilərinə əsaslandığı üçün İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsiylə nizamlana bilər.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh